7NEWS.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Serbiya prezidenti Vuçiç və Kosovo prezidenti Osmaninin Moldovanın paytaxtı Kişnievdə görüşdüyünü açıqlayıb. Borrell Almaniya kansleri Scholz və Fransa lideri Makronun görüşdə olduğunu da açıqlayıb.
RTK-ya danışan Kosovo prezidenti Vjosa Osmani Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun təkidi ilə Serbiya lideri Aleksandr Vuçiç ilə 10 dəqiqəlik görüş keçirdiklərini bildirib.
7NEWS.az