Serbiyada Kosovo sərhədində barrikada qurulub

OXUNUB: 342 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Serbiyadakı Kosovo serblərinə dəstək olmaq üçün Kosovo sərhədindəki Merdare Sərhəd Qapısından 2 kilometr aralıda yola yerləşdirilən yük maşınları və traktorlarla barrikada quruldu. Barrikadanın ətrafına toplaşan 20 nəfərlik qrup hər iki istiqamətdə yolu bağlayıb. Serbiya dövlət televiziyası da Serbiya istiqamətində növbənin 3 kilometri keçdiyini və Kosovo istiqamətində növbə yarandığını açıqlayıb. Kosovo Daxili İşlər Nazirliyi dünən axşam bəyanat yayaraq, Serbiyanın mərkəzi bölgələrinə səfər edən vətəndaşlarına Merdare Sərhəd Qapısı əvəzinə alternativ yollardan istifadə etməyi tövsiyə edib.

7NEWS.az

RƏYLƏR