Sergey Lavrov: “Birləşmiş Ştatlar Türkiyəni şantaj edir”

OXUNUB: 588 DÜNYA
Aprelin 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avstriyalı həmkarı Karin Kneissi ilə Moskvada bir araya gəliblər.
 
Görüşdən sonra S. Lavrov həmkarı K. Kneissi ilə birgə mətbuat konfransı keçirib.
 
Konfransda S. Lavrov ABŞ dövlət katibinin müavini Vess Mitchellin "Türkiyə S-400 alsa, sanksiya tətbiq edəcəyik” bəyanatına münasibət bildirib.
 
S. Lavrov ABŞ-ın Türkiyəni şantaj etdiyini deyərək, Vaşinqtonun NATO-nun kollektiv görüşünü nəzərə almasının lazım olduğunu vurğulayıb./BNEWS.Az
 
İcmal.Az

RƏYLƏR