Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşəcək.
Diplomatların görüşü Hamburqda keçirilən "G20" sammiti çərçivəsində baş tutacaq.
ABŞ dövlət departamentinin yayımladığı qrafikə əsasən Lavrovla Tillersonun görüşü Bakı saatı ilə 12:35 radələrinə planlaşdırılıb. Bu görüş ABŞ və Rusiya prezidentlərinin görüşündən əvvəl keçiriləcək. Nazirlərin görüşü bağlı qapılar arxasında keçiriləcək./olke.az
İcmal.Az

























