Sərhədi pozmağa çalışan əcnəbilər saxlanılıb - FOTO

OXUNUB: 517 SOSİAL

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində beş nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən İcmal.Az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində "Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan beş nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb. 

Həmin şəxslər sərhəd zastavasının mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları - 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyənləşib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

İcmal.Az

RƏYLƏR