Serial çəkilişi zamanı uşaq yanıb

OXUNUB: 556 DÜNYA

Türkiyənin TRT kanalında yayımlanan "Bir hədis, bir film” serialının çəkilişi zamanı bədbəxt hadisə baş verib.

İcmal.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, meydançada yanğın səhnəsinin çəkilişi zamanı işçilərdən birinin 10-12 yaşlı uşağı ağır xəsarət alıb.

Məlumata görə, bədəninin 48 faizi yanan və xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti orta-ağırdır.

Hadisə zamanı meydançada yanğına müdaxilə etmək üçün yanğınsöndürmə avadanlığı, həmçinin, xəsarət alan uşağa ilkin müdaxilə edəcək həkim olmayıb.

Təhlükəsizlik tədbirlərinin görülməməsini sərt şəkildə tənqid edən Aktyorlar İttifaqı hadisənin araşdırılması və günahı olanların cəzalandırılması üçün məhkəməyə müraciət edib.

 

İcmal.Az

RƏYLƏR