Sərnişin “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə verməyə hazırlaşır – Səbəb

OXUNUB: 22 HADİSƏ
"Azərbaycan Dəmir Yolları” yüksək səviyyəli xidmət adıyla baha bilet satsa da, vaqonlarda adi qaynar su belə tapmaq olmur.

Bu barədə sərnişin Aleksandra Akulova sosial şəbəkələrdə yazıb. O bildirib ki, keçən il vaqonlarda qaynar su problemi ilə bağlı şikayət etmişdi, lakin bir il keçməsinə baxmayaraq problem həll edilməyib:

"O zaman da şikayət etmişdim ki, qaynar su yoxdur. O zaman mənə bildirdiniz ki, problem həll olunub və növbəti səfərlərdə vaqonlarda qaynar su olacaq. Bəs hanı?
Bir il keçib.
Hazırda Bakı-Balakən 64 qatarının 4-cü vaqonunda Şəkiyə gedirəm.
Qəhvə hazırlamaq üçün qaynar su istədim, lakin mənə bildirildi ki, qaynar su yoxdur və olmayacaq.
İndi sizə sualım var: əgər vəziyyət dəyişməyibsə, niyə mənə "gələn dəfə qaynar su olacaq” deyildi? Deməli, sərnişinə sadəcə boş vəd verilib.
Üstəlik, göstərilən nömrəyə zəng çatmır, WhatsApp isə işləmir. Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir. Sırf mənə yanlış məlumat verildiyi üçün məsələ ilə bağlı yenidən rəsmi şikayət edəcəyəm.
Mən sadəcə uzun yol gedərkən isti qəhvə içirəm.
Bakıya qayıdandan sonra rəsmi qaydada şikayət edəcəyəm.
Bunu sırf yalan danışdığınız üçün edəcəyəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 
 

RƏYLƏR