Sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər

OXUNUB: 495 DÜNYA

Rusiya prezidenti Vladimir Putin "Dəmir yolu nəqliyyatının nizamnaməsi"nə edilmiş dəyişikliyi təsdiqləyib. 

İcmal.Az report-a istinadən xəbər verir ki, dəyişiklik dəmir yolu nəqliyyatında indiyə qədər qaytarılmayan biletlərin xüsusi tarif əsasında geri qaytarılmasını nəzərdə tutur. 

 

Belə ki, sərnişin qatara bədbəxt hadisə, özünün və yaxud ailə üzvünün səhhətində yaranmış problem, həmçinin ölüm halında gecikərsə bileti qaytara biləcək. Amma bütün üzrlü səbələr sənədlərlə təsdiq olunmalıdır. 

İcmal.Az

RƏYLƏR