İngiltərədə qatar qəzası səbəbiylə Manş Tunelində qalan sərnişinlər saatlarla gözlədikdən sonra təxliyə edilib.
7NEWS.az xəbər verir ki, Fransanın Kale şəhərindən İngiltərənin Folkestone şəhərinə gedən sərnişin qatarı İngiltərə ilə Fransanı dəniz yolu ilə birləşdirən Manş Tunelində nasazlıq yaranıb. Saatlarla qatarda qalmış yüzlərlə sərnişin təcili xidmət tunelinə təxliyyə edilib. Metr uzunluğunda olan tuneldən keçməli olan sərnişinlər başqa qatara minərək Folkestone terminalına aparılıb.
7NEWS.az

























