Sərt izolyasiya şəraitində insan nə qədər yaşaya bilər? - Həkim AÇIQLADI

OXUNUB: 2699 Səhiyyə
Rusiya Elmlər Akademiyasının Biomedikal Problemlər İnstitutunun direktor müavini, əməkdar həkim Yuri Bubeyev insanların sərt izolyasiya şəraitində iki ayadək normal yaşaya biləcəklərini, bu müddətdən sonra isə məişət zorakılığı və alkoqol istifadəsinin artacağını bildirib.

İcmal-ın verdiyi xəbərə görə, bu barədə o, "RİA Novosti"-yə müsahibəsində danışıb:

"Şərtlər sərtdirsə, maksimal vaxt bir ay, ay yarım, uzağı iki aydır. Bundan sonra gizli münaqişələr aşkar forma alır, bu da aqressiyanın, məişət zorakılığının, alkoqol istifadəsinin artmasına səbəb olur".

Mütəxəssisin sözlərinə əsasən, könüllü olaraq özünü təcrid edənlər isə uzun müddət problemsiz yaşaya bilərlər.

RƏYLƏR