Səudiyyə bazasına hücum: Ölənlər var

OXUNUB: 664 DÜNYA

Səudiyyə Ərəbistanının Məkkə şəhərindən 70 kilometr şərqdəki Taif şəhərində yerləşən Milli Qvardiyanın bazasına edilən hücum nəticəsində bir neçə hərbi yaralanıb. Hücumdan əvvəl isə silahlılar şəhərdə bir polisi öldürüblər. 

 İcmal.Az  bu barədə NEWSru.co.il portalına istinadla məlumat yayıb. 

Məlumatlara görə, terrorçulardan biri yol hərəkətinə nəzarət edən polisə hücum edərək, onu öldürüb, silah və avtomobilini ələ keçirib. 

Terrorçulardan biri hücum zamanı baş verən atışmada yaralanıb və saxlanılıb. İkinci terrorçu isə qaçmağa müvəffəq olub. 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

İcmal.Az

RƏYLƏR