Səudiyyə Ərəbistan: xaricdən gələn zəvvarların sayı 1,6 milyonu KEÇİB

OXUNUB: 154 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı administrasiyasının açıqlamasına görə, indiyədək xaricdən həcc ziyarətinə gələn zəvvar namizədlərinin sayı 1 milyon 600 mini keçib. Builki həcc ziyarətində iştirak edən müsəlmanların sayının 2,5 milyon nəfərə çatacağı gözlənilir. İyunun 26-da rəsmi olaraq başlayacaq həcc ziyarəti üçün müsəlmanların İslamın ən müqəddəs məkanı sayılan Məkkəyə gəlişi hava, quru və dəniz yolu ilə davam edir. Builki həcc ziyarəti üçün 160 ölkədən gələn zəvvar namizədlərinin sayının Covid-19 epidemiyasından əvvəlki dövrləri üstələyərək və rekordlar qıraraq ümumilikdə iki milyon yarımı keçəcəyi gözlənilir.

7NEWS.az

RƏYLƏR