Səudiyyə Ərəbistanı 7 iranlı balıqçını azadlığa buraxıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
İranın "Əl-Ələm" kanalının məlumatına görə, söhbət bir il öncə Səudiyyə Ərəbistanının sərhədçiləri tərəfindən saxlanılan İran vətəndaşlarından gedir.
Qeyd edək ki, İran mətbuatı Səudiyyə Ərəbistanında 18 iranlı balıqçının saxlanıldığını bildirib./qafqazinfo

























