Keçmiş "Twitter” əməkdaşının Səudiyyə Ərəbistanı adına casusluq ittihamı ilə ABŞ-da həbs olunmasından həftələr sonra Səudiyyə Ərəbistanının da Wikipedia-ya müraciət etdiyi və saytın iki idarəçisinə həbs cəzası verdiyi açıqlandı.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanındakı fəal qruplar bir Wikipediya idarəçisinin 32 il, digərinin isə 8 il həbs cəzası aldığını açıqlayıb. Wikipedia-nın çətir şirkəti Wikimedia-nın araşdırması nəticəsində Səudiyyə Ərəbistanı hökumətinin bölgədəki yüksək səviyyəli sayt işçilərinə təzyiq göstərdiyi müəyyən edilib.
7NEWS.az