7NEWS.az xəbər verir ki, ABŞ-ın təhlükəsizlik narahatlığına baxmayaraq, Çinlə uzunmüddətli tərəfdaşlıq quran Səudiyyə Ərəbistanı hökuməti Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq qərarını təsdiqləyib.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi ölkəyə Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun verilməsi haqqında memorandumu təsdiqlədiyini açıqlayıb.
Təşkilatın 2021-ci ildə Düşənbə sammitində Səudiyyə Ərəbistanı, Misir və Qətərə Dialoq Tərəfdaşlığı Statusunun verilməsi qərara alınıb.
7NEWS.az