Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın gerçəkləşdirdiyi hava zərbələri nəticəsində Yəməndə 10 qadın və 2 azyaşlı qız həlak olublar.
Faciə Yəmənin paytaxtı Sənadan şərqdəki Mərib vilayətində yaşanıb. Səudiyyə Ərəbistanının 2 qırıcı-bombardmançı təyyarəsi toy karvanını raket atəşinə tutub.
Yaralılar arasında gəlin də var.
Koalisiya nümayəndələri insidentlə bağlı açıqlama verməkdən boyun qaçırıbldar: "Biz mülki obyektləri hədəfə almırıq".
Yəməndə 2014-cü ildən bəri "Ənsar Allah" hərəkatındakı husilərlə hökumtə qoşunları arasında döyüşlər davam edir. Qarşıdurma Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2015-ci ilin martında Yəmənə soxulmasından sonra daha da şiddətlənib.
2015-ci ilin baharından bəri Yəməndə 10 mindən artıq dinc insan həlak olub, 18500 min nəfər yaralanıb.
Husilər ölkənin sabiq prezidenti Əli Abdalla Salehi qətlə yetirəndən sonra Səudiyyə Ərəbistanının Yəmənə zərbələrinin intensivliyi artıb.
Bu arada husilərin Səudiyyə Ərəbistanına raket buraxmalarının təfərrüatları da bəlli olub.
"Ənsar Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı kral sarayını "Burkan-2H" ("Vulkan-2H") ballistik raketi ilə vurmağa çalışıblar.
Səudiyyə rəsmilərinin dediklərinə görə, Yəməndən buraxılmış raketi Ər-Riyad səmasında "MİM-105 Patriot" raketdən müdafiə sistemi uğurla zərərsizləşdirib.
Husilər iyul və noyabr aylarında da Səudiyyəyə raketlər buraxmışdılar. Noyabrın 4-də husilərin atdıqları raket kral Xalid adına hava limanına düşmüşdü. "Patriot" sistemi bu raketi zərərsizləşdirə bilməmişdi.
"Burkan H2" İran istehsalı olan "Qiam" kiçik uçuş məsafəli ballistik raketidir və bunu "Bürkan H2"nin aerodinamik stabilizatorlarının yoxluğu da sübut edir.
İranın "Qiam-1" raketinin uçuş məsafəsi 800 km, hədəfi vurma dəqiqliyi isə azdır./milli
İcmal.Az




























