Səudiyyə Ərəbistanı və Fransa arasında mühüm razılaşmalar əldə edilib

OXUNUB: 144 Özəl DÜNYA
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fransaya rəsmi səfəri zamanı Ər-Riyad və Paris arasında hərbi və enerji də daxil olmaqla müxtəlif sahələrdə milyardlarla avro dəyərində müqavilələr bağlanıb. 

7NEWS.az xəbər verir ki, neftlə zəngin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ibn Salmanın iyunun 14-də başlayan səfərini Qərb və Ərəb mediası da müxtəlif şərhlərlə geniş şəkildə işıqlandırıb. 2022-ci ilin iyulunda Ukrayna böhranından sonra enerji qiymətlərindəki artımın ardından Fransa prezidenti Emmanuel Makronla görüşdüyü qısa səfərdən 11 ay sonra Parisdə ikinci dəfə danışıqlar aparan ibn Salmana; Xarici işlər naziri Faysal ibn Ferhan, o cümlədən maliyyə naziri Məhəmməd əl-Cadan, Dövlət İnvestisiya Fondunun (PİF) direktoru Yasir ər-Rumayyan və bəzi digər rəsmi şəxsləri çox izdihamlı bir heyət müşayiət edib. 

7NEWS.az

RƏYLƏR