Səudiyyə Ərəbistanı və Suriyanın konsulluq xidmətlərinin bərpası üçün danışıqlara başladığı bildirilib.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanında yerləşən Əl-İbhariyya kanalı bu xəbəri Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmisinə əsaslanaraq verib.
Rəsmi bildirib ki, Səudiyyə Ərəbistanının iki ölkə arasında konsulluq xidmətlərinin göstərilməsi tələbinə uyğun olaraq Suriya Xarici İşlər Nazirliyində rəsmi şəxslərlə danışıqlar aparılır.
Reuters daha əvvəl bildirmişdi ki, Suriya və Səudiyyə Ərəbistanı diplomatik münasibətlərdə on ildən çox kəsildikdən sonra səfirliklərini yenidən açmağa razılaşıblar.
7NEWS.az