Səudiyyə Ərəbistanına raket hücumu – FOTO

OXUNUB: 494 DÜNYA

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raketlər buraxılıb.

Bu barədə "Sky News Arabia” məlumat yayıb.

Paytaxt Ər-Riyadın sakinləri partlayış səsləri eşitdiklərini bildirir. Məlumata görə, Səudiyyə ordusunun hava hücumundan müdafiə sistemi raketləri havada zərərsizləşdirib.

Cizan əyalətində isə HHM  "Bədr 1” raketini məhv edib. Raket hücumunun husi üsyançıları tərəfindən həyata keçirildiyi bildirilir.

Öz növbəsində "Ənsər Allah” hərəkatı Cizana buraxılan ballistik raketə görə məsuliyyəti öz üzərinə götürüb./oxu

İcmal.Az

RƏYLƏR