Səudiyyə Ərəbistanına raket hücumu

OXUNUB: 632 DÜNYA
Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhədindəki hərbi bazanı raket atəşə tutub.
Bu barədə Yəmən mediası xəbər yayıb. Husilər Cizan əyalətindəki Kral Faysal Hərbi bazasını bombalayıb. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından hələlik açıqlama verilməyib.
 
Qeyd edək ki, Yəmən böhranı 2015-ci ildə başlayıb. Ölkədə vətəndaş müharibəsi İranın dəstəklədiyi şiə husi qiyamçılarla Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında gedir.BNEWS.az
 
İcmal.Az

RƏYLƏR