Səudiyyə Ərəbistanının ABŞ və Çinə neft ixracı noyabr ayında azalıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının noyabrda gündəlik neft ixracı oktyabrda 7,5 milyon bareldən 7,1 milyon barrelə düşüb. ABŞ-a ixrac 83 min barrel azalaraq 387 min barel/gün olub ki, bu da 2017-ci ildən bəri görülən ən aşağı səviyyədir. Çinə ixrac da oktyabrda 1,9 milyon barel/gündən noyabrda 1,6 milyon barrelə düşüb.
7NEWS.az