Səudiyyə kralı: "Türkiyə bizim üçün önəmlidir"

OXUNUB: 759 DÜNYA
Türkiyənin xarici işlər naziri Qətər böhranını həll etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.


Dünən axşam saatlarında Mevlud Çavuşoğlu kral Salman ilə görüşüb. Kral görüş zamanı Türkiyəyə verdikləri önəmi dəfələrlə vurğulayıb və münasibətləri daha da inkişaf etdirəcəklərini bildirib.

Səudiyyə kralı ilə görüşdən sonra Çavuşoğlu açıqlama verib: "Bu böhran başladığı gündən prezident Ərdoğan başda olmaqla Türkiyə böyük səy göstərir.

Problemin həllinə dəstək olacaq ölkələr də müntəzəm olaraq bizimlə əlaqə saxlayırlar. Ərdoğan Fransa prezidenti ilə telefonla danışıb. Mənim məqsədim Türkiyə olaraq nə düşündüyümüzü başa salmaqdır. Nə düşündüyümüz isə kifayət qədər sadədir. Bu problem qısa müddətə həll edilməidir. Demək asandır, amma hansı addımlar atılmalıdır? İttihamlar var, ortaya faktlar qoymaq lazımdır. Qətər də, vasitəçi Küveyt də bunu görmək istəyir. Biz də bunu görmək istəyirik".

Kral Salman da problemin həll edilməsini istədiyini qeyd edib./olke.az
 

İcmal.Az

RƏYLƏR