Səudiyyəli iş adamı Trampın qızına elçi çıxdı

OXUNUB: 844 DÜNYA
Səudiyyə Ərəbistanından olan bir iş adamı Trampın qızına elçi çıxıb.


ABŞ prezidentinin Səudiyyəyə olan səfəri müxtəlif hadisələrlə yadda qalıb. Tramp Kral Salmanla birlikdə ənənəvi qılınc rəqsinə baxıb, sonra isə muzeyi gəzib.

ABŞ prezidentinin səfərinin ilk saatlarında zəngin bir iş adamı Kral Salmandan atasını müşayiət edən İvanka Trampa elçilik etməyi tələb edib. İvanka Tramp evlidir və iki övladı var. Səudiyyəli iş adamı isə sosial şəbəkədə video paylaşaraq qızla evlənmək istədiyini bildirib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp da eyni gündə üç dəfə paltar dəyişdirərək diqqətləri üzərinə cəlb edib. Kral Salman Trampa Səudiyyənin ən ali dövlət nişanı olan Kral Əbdüləziz Dövlət Nişanını təqdim edib./olke.az
 
İcmal.Az

RƏYLƏR