Səyahət və turizmin dinamikası” mövzusunda 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

OXUNUB: 727 Özəl SOSİAL
Türkiyə Respublikasında 16-18 may tarixlərində Ankara Hacı Bayram Veli Üniversitesi (AHBVÜ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə "Səyahət və turizmin dinamikası” (5th International Travel and Tourism Dynamics - ITTD 2024) mövzusunda 5-ci beynəlxalq elmi konfrans keçiriləcəkdir. Elmi konfransa ev sahibliyini Ankara Hacı Bayram Veli Üniversitesinin Turizm fakültəsi edəcəkdir.
Konfransın əsas mövzusu "Turizm sahibkarlığı: innovativ yanaşmalar” olacaqdır.
Rektor Şahin Bayramov sosial media hesabında Mingəçevir Dövlət Universiteti və tərəfdaş universitetlərin əməkdaşlarını hibrid formatda keçiriləcək beynəlxalq konfransda fəal iştiraka dəvət edib.
Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz.

 


 
 

RƏYLƏR