Seyran Ohanyan istintaq qarşısında

OXUNUB: 766 DÜNYA

Ermənistanın Dövlət Gömrük Komitəsi silahlı qüvvələrin ehtiyacları üçün dövlət satınalmaları sahəsində qanun pozuntularının araşdırılması ilə məşğuldur.

İcmal.Az Ermənistan mətbuatına istinadla xəbər verir, cinayət işi ilə əlaqədar Müdafiə Nazirliyinin mövcud və keçmiş yüksək vəzifəli şəxsləri dindirilib.

Komitənin məlumatlarına görə, araşdırmalar zamanı 2014-2017-ci illər ərzində yol verilən qanun pozuntuları səbəbindən tikinti idarəsinin istehsalat-texniki şöbəsinin keçmiş rəisi Qriqori Barseqyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq, külli miqdarda rüşvət alma və sənədləri saxtalaşdırma ittihamı irəli sürülüb.

Həmin xidmətin hazırkı rəisi Aşot Qriqroyanın səlahiyyətlərinin müvəqqəti dayandırılmasına və ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın dindirilməsinə qərar verilib.

İcmal.Az

RƏYLƏR