"Sibellə evlənəndə 17 yaşı var idi" - Keçmiş əri

OXUNUB: 948 ŞOU-BİZNES
Aktyor Hakan Ural müğənni Sibel Canla olan evliliyindən danışıb. 

 
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, aktyor verilişlərdən birinə qonaq olub. 1988-1999-cu illərdə Sibellə evli qaldığını deyən Hakan Engincan və Melisa adlı iki övladlarının olduğunu vurğulayıb. 

Ailə qurarkən yaşlarının az olduğunu qeyd edən aktyor "Biz evlənəndə uşaq idik. Mənim 19, Sibelin isə 17 yaşı var idi. Sibelin gecə həyatı yox idi. İçki və siqaret istifadə etmirdi. Qazancı ilə övladlarına, sevdiklərinə baxırdı. İndi də qazandığı ilə məktəb və xəstəxanalar tikdirir. Amma bunu heç kimə demir” sözlərini söyləyib. 





 
İcmal.Az

RƏYLƏR