Şimali Koreyada həbs edilən, daha sonra azadlığa buraxılan ABŞ-dan olan tələbə ölüb.
Ailəsi Ottonun dəhşətli işgəncələrə məruz qaldığını bəyan edib. Belə ki, Otto Şimali Koreyadan qayıtdıqdan sonra danışa, görə, şifahi əmrlərə reaksiya verə bilməyib.
BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının məlumatına görə, Otto Uormbier ötən ilin martından komada olub. Ona həbsxanada verilən yuxu dərmanlarından sonra komaya düşdüyü qeyd edilir. Həkimlərin sözlərinə görə, Otto baş beynin bütün şöbələrinin ağır travmasına məruz qalıb.
Xatırladaq ki, amerikalı tələbə Pxenyanda banneri cırmaqda, həmçinin Şimali Koreya əleyhinə ola biləcək məlumatlar toplamaqda ittiham olunub./qafqazinfo
İCMAL.AZ

























