Son həftələrdə ballistik raket sınaqlarını artıran Şimali Koreya, hazırladığı ilk casus peykinin sınağını həyata keçirdiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin ilk casus peykini sınaqdan keçirdiyini və Cənubi Koreyanın paytaxtı Seulun qərbində yerləşən İncheonun kosmosdan aşağı ayırdetmə qabiliyyətinə malik ağ-qara fotoşəkillərini yayımladığını açıqlayıb.
Agentlik bildirib ki, sınaq peykini daşıyan raket bazar günü peykin foto və məlumat ötürmə sistemlərini sınaqdan keçirmək üçün buraxılıb.
7NEWS.az