Şimali Koreya nüvə sınaqlarını dayandırdı

OXUNUB: 509 DÜNYA

Koreya yarımadasında sülh əldə olunması üçün daha bir addım atılıb.

İcmal.Az KCNA-ya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In artıq nüvə və raket sınaqlarına ehtiyac olmadığını açıqlayıb.

Bununla nüvə sınaqları dayandırılıb. Şimali koreya ordusu 21 apreldən etibarən raket atışları həyata keçirməyəcək.

Punggye-ri nüvə sınağı meydanı bağlanıb.

Şimali koreya lideri bölgədəki gərginliyin azalması üçün əlindən gələni əsirgəməyəcəyini ifadə edib.

Qərar iqtidardakı Koreya Fəhlə Partiyasının iclasında qəbul edilib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin nüvə silahı ilə bağlı qərarını alqışlayıb. O, "Twitter”də paylaşım edərək bu məsələyə münasibət bildirib:

"Bu, Şimali Koreya və dünya üçün çox gözəl xəbərdir – böyük irəliləyişdir. Zirvəmizi dörd gözlə gözləyirik”.

İcmal.Az

RƏYLƏR