Şimali Koreya raket buraxılışı həyata keçirib

OXUNUB: 715 DÜNYA

Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər.

Tipi məlum olmayan raket Şimali Koreyanın Kanvondo əyalətindəki kosmodromdan buraxılıb. 

Raket 250 km qət edib. Pxenyanın ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

İcmal.Az

RƏYLƏR