Şimali Koreya lideri Kim Çen In parlamentdə qəbul edilən qanunun ölkəsinin nüvə silahı siyasətini "dönməz” etdiyini deyib.
7NEWS.az xəbər verir ki, Şimali Koreya parlamenti nüvə silahının istifadəsini tənzimləyən qanunu qəbul edib. Parlamentin iclasında çıxış edən Şimali Koreya lideri Kim Çen In nüvə silahından heç vaxt imtina etməyəcəklərini vurğulayıb. Şimali Koreyanın dövlət agentliyi KCNA-nın məlumatına görə, Kim Çen In deyib ki, sözügedən qanun onun ölkəsinin nüvə silahı siyasətini "dönməz” edib və nüvəsizləşdirmə danışıqlarının qarşısını alacaq.
7NEWS.az