Şimali Koreyada yerli seçkilərdə 67 ildən sonra ilk dəfə "xeyr" səsi verildi

OXUNUB: 352 Özəl DÜNYA
Şimali Koreyada 1956-cı ildən bəri ilk dəfə yerli seçkilərdə "xeyr" səsi verildi.

7NEWS.az xəbər verir ki, Yonhap-ın Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, əyalət və rayonlarda keçirilən yerli seçkilərdə 27 min 858 Şimali Koreya vətəndaşı namizəd olaraq irəli sürülüb. Xəbərdə seçkilərdə iştirakın 99,63 faiz olduğu, müəyyən edilmiş namizədə təsdiq və ya rədd etmə səslərinin verildiyi sistemdə seçicilərin 99,91 faizinin "hə”, 0,09 faizinin isə "xeyr” səs verdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR