Sinqapur sularında İndoneziya tankeri qəza törətdi - 5 nəfər itib

OXUNUB: 586 DÜNYA

Sinqapur sularında İndoneziyaya məxsus tanker dənizdən qum çıxaran xüsusi qurğu ilə təchiz edilmiş gəmi ilə toqquşub.

İnsident nəticəsində 5 nəfər dəniz sularında qərq olub. Sinqapur Dəniz və Liman Administrasiyasının yaydığı məlumatda bildirilir ki, gəmi Dominikan Respublikasında qeydiyyatdan keçib, göyərtəsində 11 Çin və Malayziya vətəndaşı olub. İtkin düşənlərdən isə 4 nəfərin Çin, 1 nəfərin Malayziya vətəndaşı olduğu bildirilir.

Məlumata görə, gəmi tanker Sinqapur limanını tərk edərkən toqquşub./trend

 

İcmal.Az

RƏYLƏR