Şirvan şəhər icra hakimiyyətində biabırçılıq - Sahibkarlardan ət tələb olunur

OXUNUB: 907 HADİSƏ
Şirvan şəhər sakini, 67 yaşlı gözdən əlil sahibkar Qurbanxan Abdulhəsən oğlu Dəmirov bildirir ki, İcra Hakimiyyəti ondan əsassız olaraq qarşıdan gələn Qurban Bayramı münasibətilə 20 kq ət tələb edir…

"Azərbaycan Reallığı" xəbər verir ki, Qurbanxan Dəmirovun sözlərinə görə "İcra başçısının müavininin sürücüsü tərəfindən mənə göndərilən nömrəsiz teleqramda bildirilir ki, Şirvanda yaşayan aztəminatlı ailələrə qurban payının verilməsi üçün müəssisəniz tərəfindən hər biri 2 kq olmaqla 10 ədəd bağlama verilməsi xaiş olunur. 
Qurbanxan Dəmirov

İcra Hakimiyyəti həmin vəsaiti öz hesabına yox, yerli məmur və sahibkarların hesabına formalaşdırmağa qərar verib.” 

Baş verən olayla bağlı haqlı narazılığını bildirən sahibkar hazırda müəssisənin işində böyük çətinliklər olduğunu bildirib.

O bildirir ki, əvvələr müəyyən işlərdə əlindən gələn köməklikləri əsirgəməyib mütəmadi olaraq dövlətə dəstək çərçivəsində COVİD-19 fonduna, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, habelə Türkiyədə baş vermiş zəlzələyə kömək məqsədilə ümumilikdə 2500 manat maddi yardım etdiyini bildirib. 

Sahibkar qeyd edir ki, İcra Hakimiyyəti tərəfindən irəli sürülən tələb haqsızdır, heç bir hüquqi əsası yoxdur. Çünki İlqar Abbasovdan öncə şəhərə 10 il rəhbərlik etmiş Sədaqət Qəhrəmanovanın və 15 il İcra Başçısı olmuş Mərdan Camalovun vaxtında sahibkarlara qarşı analoji tələblər irəli sürülməyib.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

RƏYLƏR