Şirvanda avtomobil oğurlandı

OXUNUB: 522 HADİSƏ

Şirvan sakininə məxsus avtomobil qaçırılıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, Əliyev Xəyyam Afət oğluna məxsus "VAZ 2106” markalı, 35 BV 048 dövlət nömrə nişanlı avtomobilin ötən gecə saat 3.00 radələrində yaşadığı G.Şıxbalaoğlu küçəsindən naməlum şəxs tərəfindən qaçırıldığı bildirilir.

Avtomobilin görüntüləri gecə saat 3:14 radələrində yanacaqdoldurma məntəqəsinin kamerasına düşüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən axtarış tədbirləri həyata keçirilir.

İcmal.Az

RƏYLƏR