“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...

OXUNUB: 32 GÜNDƏM Özəl SİYASƏT
"Gültəkin Hacıbəylinin adi məişət hadisəsini də siyasətə qatması onun nə qədər cılız bir insan olmağından xəbər verir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bunlar həqiqətən şoumendirlər. Gültəkin deyir, hansısa banka gedib, gözləyib, növbəyə durub. Adama deyən lazım ki, növbəyə hamı durur da. Sən də, mən də, başqası da. Burada şişirdiləsi nə var axı?

Sən ondan danış ki, müxalifətçi, işsiz ola-ola hansı pulla xaricdə uşaq oxutdurursan, onun xərclərini necə ödəyirsən? Bax bu sualın cavabını verə bilmərsən. Çünki sənin əqidəndə olanların hamısı məkrli qrantlardan, çirkli pullardan qidalanır. Çünki siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır. Çünki sən də, ətrafındakılar da Azərbaycana qənim kəsilən nadanlarsız!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR