Venesuelada etiraz aksiyaları səngimək bilmir. Srağagün və dünən 200 min insan paytaxt Karakas küçələrinə çıxıblar.
DİN binasına tərəf yürüş edən aksiya iştirakçılarının əksəriyyətinin üzlərində qoruyucu maska vardı. Onların əllərində qalxanlar, dəyənəklər və daşlar vardı.
Karakasın mərkəzində polis və hərbçilər barrikadalar quraraq nümayişçilərin qarşısını kəsiblər. Şəhər metrosunun 10 stansiyası bağlanıb.
Nümayiş zamanı oğruluqda suçlanan şəxsi diri-diri yandırıblar.
Venesuelada etiraz aksiyaları artıq 50 gündür ki, davam edir.
Müxalifət lideri Enrike Kapriles deyib: "Təqiblər və repressiyalar nə qədər güclü olacaqsa, mübarizə və müqavimət bir o qədər aktivləşəcək".
Karakasdan 70 km aralıda, 21 min sakini olan Koloniya Tovor şəhərində etiraz aksiyasına çıxmış şəxslərlə prezident Nikolas Maduronun tərəfdarları arasında toqquşma olub. Toqquşma zamanı bir inzibati bina yandırılıb.
300 min sakini olan San-Kristobal şəhərində də aksiya keçirilib.
Çox ağır və dərin iqtisadi böhrana düçar olmuş Venesuelada etiraz aksiyaları başlayan gündən bəri 46 nəfər həlak olub, yüzlərlə insan yaralanıb./milli
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin:



























