7NEWS.az xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) Somali direktoru Məhəmməd Abdi ölkədə daxili miqrasiyanın həyəcanverici səviyyəyə yüksəldiyinə diqqət çəkib. Son 5 ayda 1 milyon insanın evini tərk edib köç etmək məcburiyyətində qaldığını bildirən Abdi, bunun önümüzdəki aylarda arta biləcəyindən narahat olduqlarını vurğuladı. Abdi qeyd edib ki, Əl-Şəbab terror təşkilatının yaratdığı təhlükəsizlik problemi ilə yanaşı, ölkədəki daxili köçdə quraqlıq və sel kimi təbii fəlakətlər də təsirli olub.
7NEWS.az