Somalidə ABŞ-ın 1 hərbi qulluqçusu həlak olub, 4-ü yaralanıb

OXUNUB: 603 DÜNYA

Somalidə keçirilən əməliyyat zamanı ABŞ-ın 1 hərbi qulluqçusu həlak olub, 4-ü yaralanıb.

Bu barədə CNN-ə Pentaqon nümayəndəsi xəbər verib. 

Teleşirkət qeyd edib ki, Somali ərazisində 500 ABŞ hərbi qulluqçusu var. Onlar yerli qruplaşmalarla birlikdə hərbi hazırlıq keçir və "Əş Şabab" terror qruplaşması əleyhinə əməliyatlar aparırlar.

CNN xatırladıb ki, 2017-ci ilin yayında da Somalidə ABŞ-ın Hərbi Dəniz Qüvvələri SEAL-ın elit dəstəsinin 1 döyüşçüsü həlak olub.  /report

 

İcmal.Az

RƏYLƏR