Somalidə bombalı hücum baş verib: 5 YARALI

OXUNUB: 296 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Terror təşkilatı Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab, Somalinin paytaxtı Moqadişoda yerləşən Banadir Regional Qərargahına bomba yüklü avtomobillə hücum edib. Moqadişo merinin ofisi yaxınlığında baş verən partlayış nəticəsində, ilkin məlumatlara görə, azı 5 nəfər xəsarət alıb. Partlayışdan sonra ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb və terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib. 

7NEWS.az

RƏYLƏR