Somalilanddakı qarşıdurmada ən azı 100 min insan evini tərk edib

OXUNUB: 489 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, fevralın 6-dan bəri Las Anod şəhərində Somalidən birtərəfli qaydada müstəqilliklərini elan edən Somaliland qüvvələri ilə müxalifət arasında davam edən qarşıdurmalar səbəbindən ən azı 100 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Manhal xəstəxanasının həkimlərindən Abdimajid Hüseyin Sugulle mətbuata açıqlamasında bölgədə humanitar böhranın artdığını bildirib.
Suqulle qarşıdurmalar nəticəsində ən azı 100 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

7NEWS.az

RƏYLƏR