SON DƏQİQƏ: Azərbaycanlı Ermənistanın XİN rəhbəri təyin edildi - HACIQABULDA DOĞULUB

OXUNUB: 460 Özəl DÜNYA

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə ilginc məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi iddia olunur. Bunu sosial şəbəkə istifadəçiləri Ayvazyanın azərbaycanlı olması ilə izah edir.

Ara Ayvazyan həqiqətən də Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub.

Ermənistanın yeni xarici işlər nazirinin atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.

Ara Qudratoviç Ayvazyan haqqında müvafiq məlumatlar bu gün Vikipediyanın rusdilli şöbəsindən tələsik şəkildə çıxarılıb. İnternetdə yalnız kiçik keş məlumatlar qalıb (skrin əlavə edilir).

Hazırda Vikipediyada Ayvazyanın yalnız erməni dilində olan səhifəsini tapmaq olar. Orada isə Azərbaycanla bağlı heç bir məlumat yoxdur./axar



RƏYLƏR