SON DƏQİQƏ: Bakıda aksiya: vətəndaşlar BNA-nın işinə etiraz edir - VİDEO

OXUNUB: 4997 index-manşet GÜNDƏM

Bakının Zığ qəsəbəsinin "Naximov" adlanan ərazisində Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan işlər sakinlərdə narazılığa səbəb olub.

7NEWS.az xəbər verir ki, sakinlər sözügedən ərazidə dəfələrlə piyadaların vurulması ilə nəticələnən nəqliyyat hadisələrinin baş verdiyini bildiriblər.

"Nə üçün yolu belə daraldıblar?! Hər yerdə genişləndirirlər. Belə olmaz axı", - deyə sakinlərdən biri danışıb.

Digər bir vətəndaş isə bildirib ki, qurumdan layihəni yunan bir memarın hazırladığını deyiblər.

"Yunanın burda nə işi var? Özümüz layihə verə bilmirik?", - deyə o bildirib.

Sözgedən videonu Gündəlik TV kanalına istinadla təqdim edirik.

RƏYLƏR