Bakıda Nərimanov rayonunda yolu keçmək istəyən 30 yaşlı kişini vurub öldürən "Lexus” markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobilin sahibi bəlli olub.
İcmal.Az Report-a istinadən xəbər verir ki, sürücü Mehdizadə Toğrul Nizami oğludur. Hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.
17. 09 2017
09:39
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Nərimanov rayonunda "Lexus” markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Mərdəkan yolunda "Wolksfagen” markalı avtomobil 26 yaşlı qızı vurub öldürüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İcmal.Az