7NEWS.az xəbər verir ki, Asyut Qubernatorluğu tərəfindən edilən yazılı açıqlamada hadisə ilə bağlı məlumat verilib. Açıqlamaya görə, Asyut qubernatoru general-mayor İsam Saad Asyutun qərbində 5 mərtəbəli binanın çökdüyünü qeyd edib. Hadisədən sonra başladılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfərin cansız cəsədinin tapıldığını vurğulayan Saad, 2 nəfərin də yaralandığını bildirib. Açıqlamada Asyut qubernatorunun "zibilləri çıxarmaq, dağılmış binanı və ərazidəki bütün binaları araşdırmaq və hadisənin səbəblərini müəyyən etmək" üçün bir komitə yaratmağa qərar verdiyi bildirilib.
7NEWS.az