SON DƏQİQƏ: DOLLAR YENƏ QƏFİL BAHALAŞDI - ŞOK RƏQƏM

OXUNUB: 3035

Mərkəzi Bankda keçirilən hərracda dolların ucuzlaşdığı açıqlansa da, banklarda əksinə, bahalaşdığı müşahidə olunur.

İcmal.Az marja-ya istinadən xəbər verir ki, xeyli müddətdir dolların ən yüksək alış qiyməti 1.6700-1.6850 manat arasında dəyişirdi.  Bu gün isə dolların alış qiyməti yenidən 1.6900 manata qalxıb.

Beləki, "Bank Avrasiya" dünən axşam ilə müqayisədə dolların alış qiymətini 1.670 manatdan 1.6900 manata, satışı isə 1.7050 manatdan 1.7150 manata qaldırıb.

"AtaBank" dolların alış qiymətinin 1.6700 manatdan 1.6800 manata qaldırıb.

"Kapital Bank" dolların alış qiymətini 1.6700 manatdan 1.6850 manata qaldırıb.

Qeyd eək ki, həftənin əvvəlindən etibarən banklarda dolların bahalaşdığı müşahidə olunur.

Dünən günortadan sonra "GünayBank" və "Amrahbank"  dolları 1.6880 manatdan almağa başlamışdılar.

 
İcmal.Az

RƏYLƏR