Son dəqiqə: Ədliyyə naziri istefa verdi

OXUNUB: 200 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Çili Prezidenti Boric, Moneda Prezident sarayında Riosun istefası ilə əlaqədar mətbuata verdiyi qiymətləndirmədə, "Əfv qərarımın həyata keçirilməsində qanun pozuntuları olduğu üçün istefa qərarı qəbul edildi." bəyanatını verdi. Riosun yerinə vəkil Luis Kordero Veqanın ədliyyə naziri təyin ediləcəyi açıqlanıb. Boriklə Rios arasında bir müddətdir ki, bəzi cinayətkarların əfv olunması ilə bağlı fikir ayrılıqlarının olduğu mətbuatda müzakirə olunub. Beləliklə, 20 dekabr 2021-ci ildə prezident seçilən solçu Boriçin kabinetində Rios sosial inkişaf nazirinin istefasından sonra kabineti tərk edən ikinci şəxs oldu. Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 35 yaşlı solçu Boric ölkədə seçilən ən gənc prezident olub.

7NEWS.az

RƏYLƏR