SON DƏQIQƏ: Əsgərləri daşıyan avtobus polis maşını ilə toqquşdu: 16 yaralı var

OXUNUB: 803 DÜNYA
Əsgərləri daşıyan sərnişin avtobusu ilə bu gün Qarsa gələcək olan baş nazir Binəli Yıldırımın təhlükəsizliyi üçün xidmət edən polis maşını toqquşub.

İcmal.Az milli.az-a istinadən xəbər verir ki, qəzada 16 əsgər və 2 polis yaralanıb.

Xəstəxanaya müayinə üçün gedən əsgərləri aparan avtobusla polis maşını saat 10:30 radələrində qəzaya düşüblər.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırma davam edir.

Hadisə yerindən görüntülər:
 

İcmal.Az

RƏYLƏR