Dünən axşam saatlarından başlayaraq Gədəbəy rayonuna yağan güclü yağış çayların daşmasına səbəb olub. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, rayonun əsasən Moruqlu, Samanlıq, Şınıx kəndlərində çay suları məcrasından çıxıb. Güclü yağışın ardından sel suları çaya qarışıb.
Təqdim etdiyimiz video rayonun Samanlıq kəndi ərazisindən keçən çaylardan birindən lentə alınıb. Xatırladaq ki, güclü sel nəticəsində Moruqlu kənd sakini 1958-ci il təvəllüdlü Sahib Sadıqov boğularaq ölüb.
7NEWS.az