Son DƏQIQƏ: gəmi partladı - 12 nəfər yandı

OXUNUB: 578 DÜNYA

Texniki baxış keçmək üçün Cənubi Koreyanın Kamçxon limanında dayanmış balıqçı gəmisində partlayış baş verib.

Hadisə nəticəsində 12 nəfər yaralanıb. Yaralılardan 9 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Məlumata görə, partlayış baş verən zaman gəmidə qaynaq işləri aparılırmış.

 

Gəmidə ardıcıl olaraq iki partlayış baş verdiyi qeyd olunur.

Hadisənin hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Araşdırma başlayıb./trend

İcmal.Az

RƏYLƏR